Claradix komandası olaraq brendlərin səsini düzgün qura bilən, fikri təsirli sözə çevirən və auditoriya ilə əlaqə yaradan Copywriter axtarırıq.
Vəzifələr:
Müxtəlif brendlər üçün uyğun tone of voice formalaşdırmaq və tətbiq etmək
Sosial media üçün caption, reklam mətni və kampaniya ideyaları hazırlamaq
CTA yönümlü, nəticə verən satış və reklam mətnləri yazmaq
Kreativ komanda ilə birlikdə kontent ideyaları, ssenarilər və konseptlər üzərində işləmək
Mövcud mətnləri optimizasiya etmək və performansa uyğun yeniləmək