Təhsil üzrə Baş Mütəxəssis
Caspian Global Education vakansiya elan edir – Təhsil üzrə Baş Mütəxəssis
Caspian Global Education yaxın müddətdə fəaliyyətə başlayacaq yeni və iddialı xaricdə təhsil şirkətidir və biz komandamıza bu sahədə real təcrübəyə malik, peşəkar və məsuliyyətli Təhsil üzrə Baş Mütəxəssis axtarırıq.
Bu mövqe şirkətin ilkin mərhələsində əsas aparıcı qüvvələrdən biri olacaq. Buna görə də biz yalnız sahəni dərindən bilən, prosesləri düzgün idarə etməyi bacaran, tələbə və valideynlərlə peşəkar ünsiyyət qura bilən namizədlərlə əməkdaşlıq etmək istəyirik.
Əsas vəzifələr:
Xaricdə təhsil üzrə müraciət proseslərinin peşəkar şəkildə idarə olunması
Müxtəlif ölkələr üzrə universitet, kollec, bakalavr, magistr və doktorantura pillələrinə qəbul müraciətlərinin hazırlanması və yönləndirilməsi
Viza dəstəyi, sənədləşmə və qəbul proseslərinin düzgün təşkili
Attestatla qəbul, imtahansız qəbul və dil sertifikatı olmadan müraciət imkanları üzrə düzgün istiqamətləndirmə
Kəsri olan və ya mürəkkəb vəziyyətdə olan tələbələr üzrə uyğun həll yollarının təqdim edilməsi
Tələbələrin yataqxana, yaşayış yeri, qarşılanma, transfer və ilkin yerləşmə prosesləri üzrə koordinasiyası
Tələbə və valideynlərlə peşəkar kommunikasiya qurulması
Müqavilə mərhələsində və digər vacib proseslərdə aktiv iştirak
Namizədə tələblər:
Xaricdə təhsil sahəsində minimum 2–3 il rəsmi iş təcrübəsi
Sahə üzrə praktik bilik və real iş təcrübəsi
Viza, sənədləşmə, qəbul və tələbə yönləndirmə proseslərini sərbəst idarə etmək bacarığı
Məsuliyyətli, operativ və detallara diqqətli olmaq
İngilis dili minimum B1+
Rus dili biliyi üstünlükdür
İş şəraiti:
İş formatı: Hibrid
İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00
Vacib görüşlər, tələbə və valideynlərlə əyani ünsiyyət, müqavilə bağlanması və digər mühüm proseslər zamanı ofisdə iştirak tələb olunur
Digər günlərdə və işin xarakterinə uyğun olaraq məsafədən çalışma mümkündür
Əmək haqqı və bonus sistemi:
İlk 3 ay üçün fiks maaş 1000 AZN təşkil edəcək
Daha sonra maaş hər 2 aydan bir 100 AZN artırılacaq
Yekunda fiks maaş 1400 AZN səviyyəsinə çatacaq
Bundan əlavə, tələbələrlə bağlanan müqavilələr üzrə bonus/faiz sistemi bütün mərhələlərdə qüvvədə olacaq
Vacib qeyd:
Şirkətimiz may ayından fəaliyyətə başlayacaq, hazırda isə qabaqcadan namizəd seçimi aparılır.
Müraciət qaydası:
Namizədlər CV-lərini və “Niyə sizi seçməliyik?” adlı qısa müraciət mətnini
Ferhad0404@proton.me elektron poçt ünvanına göndərməlidirlər.
E-mailin mövzu hissəsində mütləq qeyd olunmalıdır:
Təhsil üzrə Baş Mütəxəssis
Diqqət:
CV olmadan müraciətlərə baxılmayacaq
“Niyə sizi seçməliyik?” mətni olmadan müraciətlərə baxılmayacaq
Süni intellekt vasitəsilə yazıldığı açıq şəkildə görünən müraciətlər nəzərdən keçirilməyəcək
Əgər siz xaricdə təhsil sahəsində real təcrübəyə malik, bu prosesi peşəkar şəkildə idarə edə bilən və yeni qurulan şirkətdə əsas rol oynamağa hazır namizədsinizsə, müraciətinizi gözləyirik.