Şirkətlərə Qayıt

Caspian Expert Group MMC

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Rəhbər köməkçisi

Caspian Expert Group MMC

Tam Ştat
Orta Səviyyə

Gündəlik iş fəaliyyətinin təşkili, görüşlərin koordinasiyası və müxtəlif operativ tapşırıqların icrası üçün məsuliyyətli, çevik və etibarlı rəhbər köməkçisi axtarılır. Vəzifə öhdəlikləri Bu vəzifə klassik ofis işi deyil. Namizəd rəhbərin intensiv və dəyişkən iş qrafikinə uyğunlaşmalı, lazım olduqda görüşlərdə, dövlət qurumlarında, bank, notariat və digər işgüzar ünvanlarda müşayiət etməli, sənədlərlə işləməli və gündəlik tapşırıqları operativ şəkildə icra etməlidir. Əsas tələblər: Ali təhsil; Avtomobil idarə etmək bacarığı və sürücülük vəsiqəsi; Word, Excel, PDF, e-mail və internetlə sərbəst işləmək bacarığı; Məntiqli düşüncə və tez öyrənmə qabiliyyəti; Məsuliyyətlilik, punktuallıq və etibarlılıq; Tapşırıqları nəzarətsiz və operativ şəkildə icra edə bilmək; Gizlilik prinsipinə ciddi riayət etmək; Rəhbərin dəyişkən və intensiv iş qrafikinə uyğun işləməyə hazır olmaq; Aktiv mobil iş rejimində çalışmağa və rəhbəri müxtəlif işgüzar görüşlərdə müşayiət etməyə hazır olmaq. Rus və/və ya ingilis dili biliyi üstünlükdür. İş şəraiti İş yeri: Bakı İş forması: Tam ştat Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılacaq. Maraqlanan şəxslər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Rəhbər köməkçisi” qeyd edilməsi xahiş olunur.