Graphic Designer Internship Program
İdeal Namizəd:
Yaradıcılığa marağı olan, vizual zövqü güclü və öyrənməyə açıq Graphic Designer Intern axtarırıq. İdeal namizəd sosial media və brend vizualları üzrə düşünə bilməli, dizayn alətləri ilə işləməyi öyrənməyə hazır olmalı və komanda ilə intizamlı şəkildə əməkdaşlıq etməlidir.
Təcrübə şərt deyil — əsas olan istək, məsuliyyət və inkişaf motivasiyasıdır.
Bu proqram çərçivəsində intern “Buyur” brendinin rəqəmsal vizuallarının hazırlanmasında iştirak edəcək, real tapşırıqlar üzərində işləyəcək və senior dizaynerlərin rəhbərliyi ilə portfoliounu gücləndirəcək.
İş Öhdəlikləri:
Sosial media üçün dizaynların hazırlanması (post, story, cover, banner və s.);
Kampaniyalar üçün vizual materialların hazırlanmasında iştirak (endirim, partnyor, tədbir və s.);
Brend üslubuna uyğun şablonların hazırlanması və tətbiqi;
Marketinq komandası ilə birgə işləyərək vizual istiqamətin qorunması;
Sadə motion/animasiya işlərində iştirak (üstünlükdür);
Dizayn fayllarının səliqəli arxivləşdirilməsi və düzgün versiyalanması;
Həftəlik dizayn planlamasında iştirak və tapşırıqların vaxtında təhvili;
Trendləri izləmək və onları “Buyur” üslubuna uyğunlaşdırmaq.