Senior Satış Meneceri (ERP Sistemləri)
Biz sürətlə inkişaf edən texnologiya şirkəti olaraq, ERP (Enterprise Resource Planning) sistemimizin satışını genişləndirmək üçün təcrübəli, nəticəyönümlü və ambisiyalı Senior Satış Meneceri axtarırıq.
Öhdəliklər:
ERP sisteminin potensial müştərilərə effektiv təqdimatı və satış prosesinin tam idarə olunması
Yeni müştərilərin aktiv şəkildə cəlb edilməsi (B2B satışlar)
Müştəri ehtiyaclarının təhlili və uyğun həllərin təqdim olunması
Satış planlarının və hədəflərinin icrası
Müştərilərlə uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətlərinin qurulması
Satış fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması və təqdim edilməsi