İş barədə məlumat
NURU SERVİCE brendin sosial media kanallarında peşəkar və davamlı fəaliyyət qurmaq üçün təcrübəli Sosial Media Meneceri (SMM) axtarır. Namizəd şirkətin marketinq strategiyasına uyğun olaraq kontent istehsalı, analitika və reklam idarəçiliyini effektiv şəkildə həyata keçirməlidir.
Vəzifə öhdəlikləri
Instagram, Facebook və TikTok hesablarının idarə olunması və gündəlik paylaşımların təşkili
Aylıq kontent planının hazırlanması və icrası
Sosial media üçün gündəlik və aylıq analitik hesabatların hazırlanması
Daxil olan müştəri mesajlarının cavablandırılması və uyğun şöbələrə yönləndirilməsi
Trend araşdırmaları aparmaq və brendə uyğun yaradıcı kontent təklifləri vermək
Foto və video çəkilişlərin təşkilinə nəzarət etmək
Şirkətin sayt və digər rəqəmsal kanalları ilə koordinasiyalı şəkildə işləmək
Rəqiblərin sosial media fəaliyyətini analiz etmək və inkişaf yönümlü təkliflər hazırlamaq
İş 28 may metrosunda yerləşir.
YALNIZ WHATSAPP ÜZƏRİNDƏN YAZIN