Satış Nümayəndəsi (tikinti materialları)
Barkod mağazalar şəbəkəsinə Satış Nümayəndəsi (tikinti materialları) vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
Ərazi: Bakı
İş rejimi: Tam iş günü (6 gün)
Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhtəlikləri:
Müştəriləri qarşılayaraq onlara peşəkar satış xidməti göstərmək
Satış prosesini həyata keçirmək və alış prosesini düzgün idarə etmək
Müştərilərin tələblərinə uyğun məhsul seçimi təklif etmək
Mövcud kampaniyalar, endirimlər və satış şərtləri barədə ətraflı məlumat vermək
Satış sonrası müştəri məmnuniyyətini təmin etmək və əlaqəni qorumaq
Satış planını icra etmək və aylıq hədəflərə çatmaq
Məhsul çeşidi və stok vəziyyəti barədə daim məlumatlı olmaq
Mağazada səliqə, nizam-intizam və düzgün məhsul təqdimatına nəzarət etmək