Şirkətlərə Qayıt
Barattson

Barattson

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Barattson

Marketinq şöbəsinin rəhbəri

Barattson

Tam Ştat
Menecer

Barattson  “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir: Əsas vəzifə öhdəlikləri: Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq; Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması; SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam  kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması; Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə  olunması; Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi; Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması; Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək; Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək; Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək; Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq; PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili; Marketinq komandasını  peşəkarcasına idarə etmək və kreativ  mühit yaratmaq; Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Əsas tələblər: Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır) Marketinq menecer/rəhbər üzrə ən azı 3 il iş təcrübəsi; Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı; Biznes danışıqları aparmaq bacarığı; Marketinq plan və büdcə hazırlama bacarığı; Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı; Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı; Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli; Stratejik düşünmə və analitika bacarığı; Çevik işləmək bacarığı. Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır. Namizədlərdən CV formalarını qeyd olunan email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.