Şirkət haqqında
“Badamlı Mineral Sular” MMC Azərbaycanın aparıcı mineral su istehsalçılarından biridir. Şirkət daxili və ixrac bazarlarında fəaliyyət göstərir və Badamlı brendinin bazarda mövqeyinin gücləndirilməsi məqsədilə peşəkar Marketinq Direktoru axtarır.
Vəzifə və məsuliyyətlər
Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası
İllik marketinq planının və büdcəsinin hazırlanması və idarə olunması
Badamlı brendinin inkişaf strategiyasının formalaşdırılması və həyata keçirilməsi
Reklam və kommunikasiya strategiyalarının hazırlanması və idarə olunması
Digital marketinq fəaliyyətlərinə rəhbərlik etmək
Sosial media və kontent strategiyasına nəzarət etmək
Yeni məhsulların bazara çıxarılması prosesinin idarə olunması
Bazar və rəqib analizlərinin aparılmasına rəhbərlik etmək
Marketinq kampaniyalarının effektivliyini qiymətləndirmək
Satış komandası və distributorlarla koordinasiyalı fəaliyyət göstərmək
Marketinq komandasının idarə olunması və inkişaf etdirilməsi
Reklam və media agentlikləri ilə işin təşkili və idarə olunması
Marketinq xərclərinin effektivliyinin qiymətləndirilməsi (ROI)