Badam d'Art Boutique Hotel
Xanım Reception Əməkdaşı (Front Office) tələb olunur
İş qrafiki:
İş saatı: 8 saat
İş vaxtı: 15:00 – 23:00
(bəzən 08:00 – 16:00 növbəsi mümkündür)
Həftədə 6 iş günü
Şərtlər:
İş rəsmi əmək müqaviləsi əsasında aparılır
Əmək haqqı bank kartı ilə ödənilir
Forma və nahar otel tərəfindən təmin edilir
İşin təsviri:
Hotel standartlarına uyğun olaraq qonaqların qarşılanması
Qonaqların hotelə qəbul edilməsi (check-in), yerləşdirilməsi və yola salınması (check-out)
Qonaqların arzu və şikayətlərinin Qonaqlarla Əlaqələr bölməsi ilə koordinasiya edilərək həlli
Hotelin fəaliyyəti haqqında tam məlumatlı olmaq və zəng edən müştərilərə ətraflı məlumat vermək
Növbə təhvili zamanı otaqların və ümumi sahələrin (public area) yoxlanılması
Check-out sonrası otaqların vəziyyətinə nəzarət
Namizədə dair tələblər:
Yalnız xanım namizədlər
Azərbaycan dilində səlis danışıq
İngilis və rus dillərini xidmət səviyyəsində bilmək
Ünsiyyətcil, gülərüz və məsuliyyətli olmaq
Qonaqlarla nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı
Kompüter bilikləri və qeydiyyat sistemləri ilə işləmək bacarığı
Uzunmüddətli əməkdaşlığa maraqlı olmaq
Oxşar sahədə iş təcrübəsi üstünlükdür