Kibertəhlükəsizlik Mühəndisi
Vəzifə öhdəlikləri
Şirkətin təqdim etdiyi kibertəhlükəsizlik həllərini texniki baxımdan dərindən öyrənmək və müştəri ehtiyaclarına uyğun optimal həllərin dizaynında iştirak etmək
Müştərilərlə işləyərək təhlükəsizlik həllərinin implementasiyası və inteqrasiyasını həyata keçirmək
Daxili komanda və müştərilər üçün texniki ekspert kimi çıxış etmək
Müxtəlif təhlükəsizlik həllərinin (məs: Firewall, Endpoint Security, Email Security, PAM, DLP və s.) qurulması, idarə edilməsi və texniki dəstəyinin təmin olunması
Təhlükəsizlik həlləri üzrə best practice-lərin tətbiqi və müştərilərə tövsiyələrin verilməsi
Şəbəkə, əməliyyat sistemləri və təhlükəsizlik alətləri üzrə texniki anlayışların tətbiqi
Sistem və həllərdə yaranan problemlərin analizi və aradan qaldırılması (troubleshooting)
Müştərilər üçün təqdim edilən həllər üzrə PoC (Proof of Concept) işlərinin aparılması
Müştəri məmnuniyyətinin təmin edilməsi, sistemlərin stabil işləməsinin dəstəklənməsi
Yeni texnologiyaların və təhlükəsizlik alətlərinin müstəqil öyrənilməsi və tətbiqi
Texniki sənədləşmənin hazırlanması (deployment, konfiqurasiya və s.)