Satınalma üzrə kiçik mütəxəssis
Vəzifə məsuliyyətləri:
Daxil olan satınalma tələblərinin 1C proqramina yazilmasi
Satınalma tələblərinin skan olunub, elektron ünvana göndərilməsi
Şirkət daxili anbarlarda malların qəbulu, göndərilməsi, mövcudluğunun yoxlanılması
Satınalma sifarişlərinin hazırlanması və sistemə daxil edilməsi
Təchizatçılarla gündəlik yazışmaların və əlaqənin təmin edilməsi
Satın alınan mal və xidmətlərin çatdırılma müddətlərinə nəzarət
Qaimə, hesab-faktura və təhvil-təslim sənədlərinin düzgünlüyünün yoxlanılması, ayrı ayrılıqda yerləşdirilməsi
Satınalma prosesində daxili prosedur və qaydalara əməl olunmasının təmin edilməsi
Rəhbərliyin verdiyi digər tapşırıqların icrası
Namizəd üçün tələblər:
Ali təhsil mütləqdir.
Yaş aralığı: 22-35
Dil bilikləri – Rus dili (səlis), İngilis dili (arzuolunandır)
Ofis proqramları ilə səliş işləmə bacarığı
Məsuliyyətlilik, dəqiqlik və kreativlik.
1C proqramı üzrə biliklərin olması.
İş şəraiti
Əmək haqqı: 500 manat (İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə)
**İş vaxtı:**I-V günlər; 09:00 - 18:00
**Müəssisənin ünvan:**Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr 106B
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini qeyd olunan elektron ünvanına email-in mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” yazaraq CV-lərini göndərmələri xahiş olunur.
Əlaqə nöm: 050 274 20 09