Şirkətlərə Qayıt
Azman

Azman

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Azman

Baş mühasib

Azman

Tam Ştat
Yüksək Səviyyə

"AZMAN" MTK-ya Baş mühasib vəzifəsinə işçi tələb olunur. Vəzifənin məqsədi: Şirkətdə mühasibat uçotunun qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə aparılmasını təmin etmək, bütün maliyyə əməliyyatlarının tam, dəqiq və vaxtında uçota alınmasına nəzarət etmək, vergi və hesabatlılıq öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək, eləcə də rəhbərliyin etibarlı və dəqiq maliyyə məlumatları ilə təmin olunmasına töhfə verməkdir. İşin təsviri: Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək. Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək. Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək. Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik. Vergi planlaması və beynəlxalq əməliyyatlarla bağlı vergitutma məsələləri üzrə işləmə bacarığı. Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət. Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək. Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək. Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası. Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək. Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək. Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək. Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq. Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək. Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi. Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək. Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək. Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək. Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.