Marketinq mütəxəssisi / Digital Marketing Specialist
Şirkətimizə marketinq sahəsində düşünə bilən, istiqamət verən və nəticəyə fokuslanan əməkdaş axtarırıq.
Biz sadəcə verilən tapşırıqları icra edən deyil, marketinq prosesinə fikir verən, yeni ideyalar təklif edən və şirkətin rəqəmsal inkişafına yol göstərə bilən namizəd axtarırıq.
Bizim üçün vacibdir:
Marketinqə yaradıcı və strateji yanaşma
Rəqəmsal reklam alətlərini bilmək
Kontent və kampaniya ideyaları hazırlamaq
Komanda ilə işləmək bacarığı
Nəticələri analiz edib təklif vermək
Məsuliyyətli və təşəbbüskar olmaq
Uyğun namizədlər CV və ya qısa məlumatlarını bizə göndərə bilərlər.
İş haqqında
Namizəd digital marketinq sahəsini yaxşı bilməlidir.
Sosial şəbəkələrin idarə olunması, reklam kampaniyalarının qurulması, kontent planın hazırlanması, hədəf kütlənin analizi və nəticələrin izlənməsi üzrə təcrübəsi olmalıdır.
Instagram, Facebook, TikTok və digər platformalarda reklam və kontent strategiyasını başa düşməli, sadəcə paylaşım etmək yox, bu paylaşımın hansı məqsədə xidmət etdiyini izah edə bilməlidir.