Şirkətlərə Qayıt
Azeco Clean MMC

Azeco Clean MMC

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Azeco Clean MMC

Təmizlik işləri üzrə Supervayzer

Azeco Clean MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Əməkdaşların gündəlik iş bölgüsünü təşkil etmək, tapşırıqları müəyyənləşdirmək və onların vaxtında, düzgün və tam icrasına nəzarət etmək. İşçilərin davamiyyətini yoxlamaq, sahələr üzrə iş prosesinin fasiləsiz icrasını təmin etmək. Təmizlik işlərinin əvvəlcədən təsdiqlənmiş plan və qrafiklərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək və icra prosesinə nəzarət etmək. Təmizlik işlərinin mövcud standartlara, normativlərə və tələblərə uyğun yerinə yetirilməsini yoxlamaq və keyfiyyətə nəzarəti təmin etmək. Əməkdaşların sanitariya-gigiyena qaydalarına və əməyin mühafizəsi tələblərinə uyğun fəaliyyət göstərmələrini təmin etmək, uyğunsuzluqlar aşkar edildikdə müvafiq tədbirlər görmək. Gündəlik və həftəlik təmizlik işlərinin icrası ilə bağlı hesabatlar hazırlmaq və Şöbə Rəhbərinə təqdim etmək. Kimyəvi maddələrin, inventarın və digər təmizlik materiallarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək, çatışmazlıq yarandıqda məhsul şəxsi məlumatlandırmaq. Sahədə yaranan operativ problemləri yerində həll etmək və görülən tədbirlər barədə rəhbərliyə operativ məlumat vermək. Gün ərzində təhkim olunmuş sahələri mütəmadi olaraq gəzərək görülən işləri yoxlamaq və xidmətin davamlı keyfiyyətini təmin etmək. İşçilərin forma, intizam, davranış və korporativ standartlara riayət etmələrinə nəzarət etmək. Yeni əməkdaşların işə adaptasiya prosesində iştirak etmək, sahədə ilkin təlimlər keçərək onların vəzifə öhdəliklərinə uyğun işləmələrini təmin etmək. Namizədə dair tələblər: Təmizlik və ya xidmət sahəsində minimum 2–3 il supervayzer təcrübəsi MS Office bilikləri Komanda ilə işləmək və idarəetmə bacarığı Məsuliyyətli, operativ və nizam-intizamlı olmaq Stressə davamlılıq və problem həll etmə bacarığı Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür) Təminatlar: İş qrafiki: 5 günlük; Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə; Əmək haqqı: Razılaşma əsasında. Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Təmizlik işləri üzrə Supervayzer” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 29 yanvar 2026