Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Ali təhsil (iqtisadiyyat, logistika, beynəlxalq ticarət və ya əlaqəli sahə üzrə)
Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 1–3 il iş təcrübəsi
Gömrük qanunvericiliyi üzrə biliklər
e-Gömrük, Azterminal, ASAN İmza ilə işləmə bacarığı
Rus və ingilis dili biliyi
Gömrük rəsmiləşdirilməsi üzrə Sertifikatın olması mütləqdir.
Vəzifə öhdəlikləri:
İdxal və ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin təşkili və icrası
Gömrük bəyannamələrinin (IDX/IXR) hazırlanması və təqdim edilməsi
Gömrük sənədlərinin (invoys, packing list, CMR, BL və s.) düzgünlüyünə nəzarət
Gömrük orqanları, brokerlər və logistika şirkətləri ilə əlaqələrin qurulması
Gömrük qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və tətbiqi
Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi
İş şərtləri:
Əmək haqqı 1000-1200 AZN;
İş qrafiki: 5 günlük
Nahar şirkət tərəfindən qarşılanır. İş yeri Dərnəgül metrosunun yaxınlığında yerləşir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron poçt ünvanına “subject” (mövzu) hissəsində “Sənədləşmə üzrə Koordinator” qeyd etməklə göndərməyiniz xahiş edilir.