Satınalma və Təchizat üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
Şirkət ehtiyaclarına uyğun təchizatçıların araşdırılması və seçilməsi;
Məhsul və xidmətlər üzrə qiymət sorğularının təşkili, müqayisəli təhlillərin aparılması və optimal təkliflərin hazırlanması;
Təchizatçılarla kommersiya şərtləri, qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə danışıqların aparılması;
Sifarişlərin vaxtında yerləşdirilməsi və icra prosesinə nəzarət olunması;
Alış sifarişlərinin (PO) ERP sistemində düzgün və operativ şəkildə rəsmiləşdirilməsi;
Müqavilələrin hazırlanması, icrasına nəzarət və sənəd dövriyyəsinin idarə olunması;
Bazar qiymətlərinin davamlı monitorinqi və alternativ təchizat kanallarının müəyyən edilməsi;
Şirkətin maraqlarını əsas tutaraq şəffaflıq, məxfilik və peşəkar etik prinsiplərə riayət edilməsi.