IT Layihələri üzrə Intern (Part-time )
Şirkətimiz, qurulan yeni əməkdaşlıqlar çərçivəsində IT layihələrinin (proqram təminatı, vebsayt, sistem inteqrasiyası və s.) əvvəldən sona qədər icrasına nəzarət edəcək, komandalar arası koordinasiyanı təmin edəcək və işləri vaxtında yekunlaşdıracaq IT Project Intern axtarır. Bu vakansiya, IT layihələrinin idarə edilməsi (Project Management) sahəsində real təcrübə qazanmaq istəyən gənclər üçün mükəmməl fürsətdir.
Vəzifə öhdəlikləri:
Müştəri ilə əməkdaşlıq qurulduqdan sonra layihənin tələblərini dəqiqləşdirmək və sənədləşdirmək.
IT layihəsinin icra planını (fəaliyyət ardıcıllığını və zaman qrafikini) hazırlamaqda iştirak etmək.
Proqramçılar, dizaynerlər və digər texniki komanda üzvləri ilə müştəri arasında operativ körpü rolunu oynamaq.
Layihənin gedişatına gündəlik nəzarət etmək, tapşırıqların vaxtında tamamlanmasını təmin etmək.
Yarana biləcək gecikmələri və ya texniki çətinlikləri vaxtında aşkar edib rəhbərliyə məlumat vermək.
Layihə yekunlaşdıqda işin müştəriyə təhvil verilməsi prosesində və test mərhələsində iştirak etmək.