İnşaat mühəndisliyi, memarlıq və maliyyə ixtisasları üzrə təcrübəçi
İnşaat mühəndisliyi, memarlıq və maliyyə ixtisasları üzrə ali təhsilini yeni başa vurmuş, iş təcrübəsi olmayan potensiallı namizədlər axtarışındayıq.
Qrup görüşlərində iştirak edib fikirlərinizlə töhfə verə bilərsiniz.
Bazar trendləri haqqında tədqiqat aparacaqsınız.
İnzibati vəzifələrdə dəstək olacaqsınız.
Şirkət prosesləri və prosedurları haqqında öyrənəcəksiniz.
Ünsiyyət və komanda işində bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
Təcrübə proqramını uğurla tamamlayan şəxslər işlə təmin ediləcək.
Müraciət etmək üçün başlığa istədiyiniz sahənin adını (memar,maliyyə,inşaat mühəndisi) yazaraq CV-nizi göndərin.