B2B Satış üzrə Mütəxəssis
Almir Trading Company MMC
Vəzifənin əsas məqsədləri:
Salon tərəfdaş şəbəkəsini genişləndirmək
Professional və retail məhsulların satışını artırmaq
Nashi Argan və Tokio Inkarami brendlərini premium professional brend kimi mövqeləndirmək
Salonların xidmət gəlirlərini artırmağa kömək etmək
Brend standartlarını qorumaq
Əsas vəzifələr:
Satışın inkişafı
Yeni salon tərəfdaşlarının tapılması
Gündə 5–7 salon və ya agentlə görüşlərin keçirilməsi
Professional və retail məhsul paketlərinin təqdimatı
Brendin üstünlüklərinin və məhsul tərkibinin izahı
Satışların bağlanması və sifarişlərin hazırlanması
Aylıq və illik satış planlarının yerinə yetirilməsi
Maksimum 30 gün kredit xəttinin təqdim edilməsi
Müştəri münasibətlərinin idarə olunması
Salon sahibləri və direktorları ilə uzunmüddətli əməkdaşlıq
Məhsul istifadəsi və prosedur protokolları üzrə konsultasiya
Salonlarda retail satışların inkişafına dəstək
Yüksək müştəri məmnuniyyətinin təmin edilməsi
Salon ziyarətləri və bazar analizi
Salonlara müntəzəm ziyarətlər
Salon haqqında məlumat toplamaq:
salon sahəsi
stilistlərin sayı
yuma yerlərinin sayı
istifadə olunan brendlər
Rəqib brendlərin analizi
Rəhbərliyə bazar məlumatlarının təqdim edilməsi
Təlim və master-klasslar
Təlim və master-klassların təşkili
Salon ustalarının təlimlərə dəvət edilməsi
Təlim üçün məhsul və avadanlıq siyahısının hazırlanması
Brend texnoloqları ilə koordinasiya
Marketinq və brend təqdimatı
Salonlarda məhsulların düzgün vizual yerləşdirilməsinə nəzarət
SMM komandası ilə çəkilişlərin koordinasiyası
Yeni məhsulların və kampaniyaların təqdimatı
Marketinq fəaliyyətlərində iştirak
Anbar və sifarişlərin idarə olunması
Salonlarda məhsul qalıqlarının yoxlanılması
Sifarişlərin hazırlanması və anbara göndərilməsi
Aylıq inventarizasiyada iştirak
Məhsulların vaxtında çatdırılmasına nəzarət
Hesabat və administrativ işlər
Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması
Salon məlumat bazasının aparılması
Excel və PowerPoint təqdimatlarının hazırlanması
Mühasibatlıqla hesab-fakturaların koordinasiyası
KPI (əsas performans göstəriciləri)
Həftəlik salon ziyarətlərinin sayı
Yeni salon tərəfdaşlarının sayı
Aylıq satış dövriyyəsi
Retail satışların artımı
Təlimlərin sayı
Ödənişlərin toplanması