Şirkətlərə Qayıt
Almep Engineering Group

Almep Engineering Group

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Almep Engineering Group

HVAC sistemləri üzrə mühəndis

Almep Engineering Group

Tam Ştat
Orta Səviyyə

Əsas vəzifə öhdəlikləri: Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək; Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq; İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq; Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq; Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək; Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək; Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək; Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi; Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək; Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək; İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək; Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək; Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi; Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək; Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s); Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək. Namizədə olan tələblər: Müvafiq sahə üzrə Ali təhsil; Tikinti (MEP) sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi; Kompüter bilikləri: AutoCAD əla bilməli; MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı; 3D MAX, VRAY, REVİT arzu olunandır; Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması, ingilis və rul dilləri arzu olunandır; Layihəyə nəzarət bacarığına malik olmalı; Komandada işləmə bacarığına malik olmalı; Diqqətli və dəqiq olmalı; İşgüzar və məsuliyyətli olmalı. İş şəraiti: İş rejimi:  6 günlük (09:00-17:00, şənbə qısa iş günü) İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2 Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə “CV”-lərinizi göstərilən elektron poçt ünvanına mövzu yerində "HVAC sistemləri üzrə mühəndis" başlığı yazmaqla göndərməyiniz xahiş olunur. **Qeyd:**Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.