Əmək haqqı hesablanması üzrə 1C məsləhətçi
“ALARNA” şirkəti mühasibat uçotunun avtomatlaşdırılması, həmçinin istehsal, pərakəndə və maliyyə təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması sahəsində 15 ildən artıq təcrübəyə malik müasir konsaltinq şirkətidir.
Hazırda biz komandanı daha da gücləndirmək və şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanı yaratmaq məqsədilə Əmək haqqı hesablanması üzrə 1C məsləhətçi axtarışındayıq.
İş haqqında məlumat:
Şirkətin müştəriləri ilə qarşılıqlı əlaqə: Proqram məhsullarının hazırlanması üçün tələblərin toplanması və dəqiqləşdirilməsi;Müştəri tələblərinin təhlili, sistemləşdirilməsi və rəsmiləşdirilməsi;Funksional tələblərin əlaqələndirilməsi və təsdiqi;İşlərin sınaqdan keçirilməsi və müştəriyə təqdim edilməsi.
Tələblərin və layihə mərhələlərinin monitorinqi:Layihənin bütün mərhələlərində tələblərin icrasına nəzarət;İnkişaf prosesinin və müddətlərinin izlənməsi;Müştərinin işin gedişatı barədə vaxtında məlumatlandırılması;Nəticələrin biznes tələblərinə tam uyğunluğunun təmin edilməsi.
Risklərin idarə edilməsi:Müştərilərlə iş zamanı yarana biləcək risklərin aşkar edilməsi;Risklərin azaldılması üçün tədbirlərin görülməsi.
Proqramçı komandası ilə əməkdaşlıq:Proqramçılar üçün texniki tapşırıqların formalaşdırılması;Tapşırıqların həcminin və icra müddətinin qiymətləndirilməsi;İcra olunmuş tapşırıqların keyfiyyətinə nəzarət.
Müştərilərin uçot sistemlərinin analizi;İstifadəçilərə məsləhət və metodiki dəstəyin göstərilməsi;İstifadəçi təlimatlarının hazırlanması;İstifadəçilərin təliminin təşkili və keçirilməsi.
Test prosesində iştirak:Hazırlanan tələbin sınaqdan keçirilməsində (funksional test səviyyəsində) iştirak və testlərin aparılması.
Funksionallığın istismara verilməsi: İnkişaf etdirilmiş funksionallığın tətbiqi və istifadəyə hazır vəziyyətə gətirilməsi.
Təlim və inkişaf:Daxili sertifikatlaşdırma proseslərində və təkmilləşdirmə kurslarında iştirak.
Sənaye həllərinin inkişafında iştirak:Yeni və mövcud sənaye həllərinin təkmilləşdirilməsi üzərində iş.