Şirkətlərə Qayıt
Agro-Vest Retail

Agro-Vest Retail

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Agro-Vest Retail

1C Data Admin

Agro-Vest Retail

Tam Ştat
Orta Səviyyə

İşçiyə qoyulan tələblər: Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); 1C proqram təminatı (xüsusilə 1C Retail sahəsində) üzrə minimum 3 il iş təcrübəsi; 1C proqramlaşdırma üzrə kodlaşdırma biliklərinin olması üstünlükdür; MS SQL Server və digər verilənlər bazası idarəetmə sistemləri üzrə biliklər; Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı; Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı; Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir. Vəzifə öhdəlikləri: Mağazalarda 1C proqram təminatının quraşdırılması, sazlanması və işə salınması; 1C Retail və digər mühasibat modullarında yaranan texniki nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması; İstifadəçi hüquqlarının idarə olunması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi; Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yaradılması və bərpası prosesinə nəzarət; Proqram təminatının yenilənmələrinin tətbiqi və yeni funksionallıqların işə salınması; 1C ilə inteqrasiya olunan kassa sistemləri, barkod skanerləri, çəkilər və digər avadanlıqların düzgün işləməsinin təmin olunması; Filiallardan gələn texniki sorğuların qəbul edilməsi, qeydiyyata alınması və həllinə nəzarət; Yeni filialların açılış prosesində 1C proqram təminatının qurulması; Sistem performansının izlənməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması; IT və Mühasibatlıq şöbəsi ilə sıx əməkdaşlıq edərək iş proseslərinin fasiləsizliyinin təmin edilməsi. İş şərtləri: Nahar şirkət tərəfindən təmin edilir; İş vaxtı: 09:00 – 18:00; İstirahət günləri: Şənbə və Bazar. Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək. Müraciət üçün: CV-lərinizi göstərilən elektron poçt ünvanına “1C Data Admin” başlığı ilə göndərə bilərlər. Qeyd: Mövzuda vakansiya adı qeyd olunmadığı halda müraciətinizə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Razılaşma yolu ilə

Son Tarix: 7 fevral 2026