İnfrastruktur departamenti - Mütəxəssis
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA İnfrastruktur departamenti, Mütəxəssis vəzifəsinə məsuliyyətli və peşəkar qadın namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
Departament üzrə daxil olan və xaric olan rəsmi sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
Texniki sənədlərin (layihə materialları, planlar, spesifikasiyalar və s.) idarə olunması;
Müqavilə, akt, texniki tapşırıq və hesabatların hazırlanmasında iştirak;
Müxtəlif layihələr üzrə sənəd dövriyyəsinin düzgün təşkili və izlənilməsi;
Dövlət qurumları və podratçı təşkilatlarla rəsmi yazışmaların aparılması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Əsas tələblər:
Təhsil:
Texniki sahə üzrə ali təhsil (tikinti, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür)
Texniki biliklər:
MS Office proqramları (Word, Excel, Outlook) – yüksək səviyyədə bilik;
AutoCAD proqramında işləmə bacarığı;
İş təcrübəsi:
Sənəd dövriyyəsi və ofis işləri üzrə minimum 1-3 il iş təcrübəsi;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
İngilis dili – yaxşı səviyyə;
Əlavə bilik və bacarıqlar:
Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
Komanda ilə işləmə və kommunikasiya bacarıqları;
Tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Mütəxəssis” başlığı ilə qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.