Şirkətlərə Qayıt
Absheron Hospitality Group MMC

Absheron Hospitality Group MMC

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Absheron Hospitality Group MMC

Mühasib

Absheron Hospitality Group MMC

Tam Ştat
Orta Səviyyə

“Absheron Hospitality Group” MMC “Mühasib” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır; Əsas öhdəliklər: Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi; Təsərrüfat əməliyyatlarının müvafiq mühasibat hesablarında düzgün əks etdirilməsi; Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası; Debitor və kreditor borclarının düzgün tanınması və uçotda əks etdirilməsi; Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması; Bank hesabları üzrə əməliyyatların gündəlik izlənilməsi və uçota alınması; Mühasibat uçotu sahəsində normativ-hüquqi aktların izlənilməsi; Audit və yoxlama zamanı tələb olunan sənədlərin operativ şəkildə təqdim edilməsi; Müəssisənin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Mühasibat balansının, mənfəət və zərər haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti hesabatının və kapitalda dəyişikliklər hesabatının tərtib edilməsi; Dövlət qurumlarına (Vergi orqanları, Statistika Komitəsi və digər aidiyyəti orqanlar) hesabatların vaxtında və düzgün təqdim edilməsi; Vergi bəyannamələrinin hazırlanması və elektron qaydada təqdim olunması; Müştərilər və təchizatçılarla hesablaşmaların uçotunun aparılması; Bank əməliyyatlarının (köçürmələr, ödəniş tapşırıqları və s.) həyata keçirilməsi və uçotunun aparılması; Mühasibat sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində saxlanılmasının təmin edilməsi; Vəzifə üzrə əsas tələblər: Müvafiq sahədə 1-3 il iş təcrübəsinin olması; Maliyyə hesabatlarının tərtib olunması istiqamətində təcrübənin olması; Elektron vergi sistemləri ilə işləmək bacarığının olması; Komanda ilə işləmək bacarığı; Yüksək məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma; İngilis dili biliklərinin olması üstünlükdür; Mühasibat proqramlarında işləmək (məsələn, 1C, ERP sistemləri və s.); MS Excel proqramında sərbəst işləmək bacarığı; MS Office (Word, Outlook) proqramlarından istifadə bacarığının olması; Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur; Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.