Sosial Media Marketinq (SMM) mütəxəssisi
Vəzifə: Content Creator / SMM
Startap mərhələsində olan layihəmiz üçün sadəcə post paylaşan deyil,
biznesə real təsir edən kontent yarada bilən content creator axtarırıq.
Bu rol “icraçı SMM” deyil.
Burada səndən gözlənilən — düşünmək, test etmək və nəticə gətirməkdir.
Sənin rolun:
* Sosial media üçün diqqət çəkən və satışa yönələn kontent ideyaları hazırlamaq
* Post və video kontent üçün hook + mesaj + CTA strukturu qurmaq
* Kontentin performansını izləmək və nəticəyə görə optimizasiya etmək
* Yeni yanaşmalar, testlər və kampaniya ideyaları ilə çıxış etmək
* Marketoloq/targetoloq ilə əməkdaşlıq edərək reklam kreativləri və reklam setləri hazırlamaq
Kimə ehtiyacımız var:
* Kontenti “like üçün yox, nəticə üçün” hazırlayan
* Güclü hook yazma və scroll stop etmə bacarığı olan
* Öz ideyasını əsaslandıra bilən (niyə işləyəcək → necə test edəcəyik)
* “Tapşırıq verin edim” yox, özündən təklif gətirən
* Azərbaycan bazarında user davranışını anlayan
Hansı proqramları bilməlidir:
Adobe Premiere Pro
Adobe After Effects
Adobe Express
Canva
CapCut
Üstünlükdür:
* Performance mindset (A/B test, kreatif testləri və s.)
* Reklam kreativi düşünə bilmə bacarığı
* Keçmişdə nəticə gətirən kontent nümunələri
İş şərtləri:
* Maaş: 1500 AZN (nəticəyə görə artım mümkündür)
Müraciət:
CV ilə yanaşı:
2 ədəd kontent nümunəsi (post və ya video)
İstənilən xidmət üçün 2 qısa kontent ideyası (hook + CTA ilə)
Yalnız düşünən və nəticə gətirən namizədlərlə işləyəcəyik.